Oğuzda evdən meyit tapıldı

Oğuzda evdən meyit tapıldı

Oğuz rayonunda kişi evdə ölü tapılıb.

 

Sfera.az-ın məlumatına görə, rayonun Qumlaq kəndinin sakini, 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR