Gəncədə qəza oldu, xəsarət alan var
![Gəncədə qəza oldu, xəsarət alan var](https://sfera.az/photo/orginal/2023/12/04/1701634126_qeza-8.jpg)
Hadisə
00:07 / 04.12.2023
7514
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan “RAF” markalı avtomobillə motosiklet toqquşub.
Qəza zamanı motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Firuddin Heydərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.