Azərbaycanda Aqroparkda güclü yanğın - VİDEO

19:31 / 16.11.2023
11091
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Yalama kəndində ot bağlamalarının yanması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Sfera.az-ın məlumatına görə, hadisə Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da baş verib.
Həmin yanğından görüntüləri təqdim edirik: