Azərbaycanda polis vəzifəli şəxs cərimələdi - FOTO

Azərbaycanda polis vəzifəli şəxs cərimələdi - FOTO

Qobustan rayonunun Ərəbqədim kəndinin bələdiyyə sədri barəsində protokol tərtib olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

 

Tədbir zamanı Ərəbqədim kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

 

İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.


OXŞAR XƏBƏRLƏR

“Ukrayna ikiyə bölünür, bu ərazilər Rusiyada qalacaq” – Ehtimal edilən GİZLİ RAZILAŞMANIN detalları

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələr vermədiyini deyib.   “Ukrayna təlim keçməmiş,...

Antiterror tədbirlərində şəhid olan və yaralanan hərbçilərin sayı AÇIQLANDI

Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirli...

Şahdağa qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 27-sı saat 9-a olan məlumatına əsasən 26-da günün birinci yarısında ölk...

“Qarabağdan getmək ermənilərin şəxsi seçimidir” - Hikmət Hacıyev

“Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezid...

“Qalatasaray”-“Fənərbağça” matçı Bakıda keçiriləcək?

Türkiyə Super Kuboku uğrunda qarşılaşmanın keçirilmə yeri ilə bağlı iki variant var.   Sfera.az ntvspor.net-ə istinadən xəbər verir ki, bu barədə&nbs...

Türkiyə səfiri: "27 sentyabr şanlı və müqəddəs yürüşdür"

"27 sentyabr şanlı və müqəddəs yürüşdür".   Sfera.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım G...