Azərbaycanlı biznesmenin idmançı oğlu 3 nəfəri döyüb

Azərbaycanlı biznesmenin idmançı oğlu 3 nəfəri döyüb

Qədim döyüş sənəti - pankration üzrə Moskvanın beşqat çempionu Zöhrab Qələndərov paytaxtın Marino rayonunda üç nəfəri döyüb, lakin iş adamı atası ona məsuliyyətdən yayınmağa kömək edir.

 

Sfera.az xəbər verir ki, 19 yaşlı idmançı Myaçkovski bulvarındakı barda həmyaşıdlarını təhqir etməyə başlayıb. Şifahi mübahisə davaya çevrilib. Qələndərov gənclərdən birini arxadan vurub və huşunu itirərək yıxılanda başı asfalta dəyib.

 

Sonradan həkimlər ona qanaxma ilə açıq kəllə-beyin travması diaqnozu qoyublar. Çempion ikincinin iki dişini sındırıb və üçüncünün başına güclü zərbə endirib.

 

Bildirilir ki, iş polisə qədər gedib çıxanda idmançının atası, azərbaycanlı əsilli iş adamı Akif Qələndərov hadisə ilə bağlı yazılan xəbəri daha yumşaq yazıya dəyişməyə nail olub. Zöhrabın vəkili zərərçəkənə 45 min rubl (450 dollardan çox) təklif etsə də, lakin zərərçəkmiş buna razılaşmayıb və ədaləti bərpa etmək niyyətindədir.(lent.az)


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...