Polis ƏMƏLİYYAT keçirdi: 82 nəfər tutuldu - VİDEO

Polis ƏMƏLİYYAT keçirdi: 82 nəfər tutuldu - VİDEO

Binəqədi rayonunda avqustda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 82 nəfərdən 30 kiloqram narkotik vasitə aşkar edilib

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb. Həmin şəxslərdən 30 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

 

Araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

 

Aşkar edilmiş faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Yeni vakansiya - Pinqvinlər üçün dayələr

Antarktidanın Port Lockroy adasında yerləşən ən uzaq poçt şöbəsində işləmək üçün işçilər axtarılır.   Sfera.az bildirir ki, yeni işçilər pinqvinlərə qu...

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtə...

Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə

Reenkarnasiyaya nə dərəcədə inanırsınız?   Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı...

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.   Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhriz...

"Toylar kralı"na görə 14 min manat itirdim - Kafedə ifası ilə məşhur olan Babək

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan ...

Britni Spirs nadir xəstəlikdən əziyyət çəkir?

Müğənni Britni Spirs aqressiv rəqsləri ilə pərəstişkarlarını qorxutmağa davam edir. Pərəstişkarları onun aqressiv rəqslərinin psixiatrik xəstəlik əlaməti o...