Xırdalanda daha bir qadın özünü binadan atdı

18:21 / 02.09.2023
5737
Abşeronda intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.
Belə ki, 41 yaşlı Cəmilə Nəbi qızı Ağayeva binanın 8-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son günlər Xırdalanda üç yeniyetmə qız özünü binadan ataraq intihar edib.