Qanunsuz balıq ovlayanlar saxlanıldı

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Kür çayının Varvara Ovçuluq Təsərrüfatının ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva Sfera.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Yevlax rayon sakinləri Məhəmməd Babayev, Rəfael Əsədov, Mingəçevir şəhər sakini Eşqin Həsənov olduğu müəyyən edilib.

 

“Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Varvara Ovçuluq Təsərrüfatından keçən hissəsindən sintetik torlar yığışdırılıb”, - o qeyd edib.


OXŞAR XƏBƏRLƏR