Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin bir otağının və eyvanının yanar konstruksiyaları 16 m² sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 4 m² sahədə və pilləkən qəfəsində ümumi sahəsi 2 m² olan köməkçi tikili yanıb.

 

Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR