Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu

Əsgərimiz bədbəxt hadisə nəticəsində həlak oldu

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

 

DSX-nin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

 

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

 


OXŞAR XƏBƏRLƏR

Hacı Salmana hökm oxundu

Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi ...

Faciəvi qəzada ölən gənclərin FOTOSU

Mayın 3-də Oğuz rayonunda "Toyota" markalı avtomobilin ağaca çırpılması nəticəsində iki gənc ölüb.   Sfera.az unikal.az-a istinadən xəbər v...

İstilər bu ölümcül xəstəliyin yayılmasına səbəb olacaq - İddia

Mançester Universitetində aparılan yeni elmi araşdırma qlobal istiləşmənin insan sağlamlığı üçün daha bir ciddi təhlükə yaratdığını üzə çıxarıb. Alimlər bildiri...

"Ukrayna üçün hər şeyi edək" - AK sədri

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərməyi davam etdirərsə, Rusiyanın enerji resurslarından tamamilə imtina edərsə və Kiyevin Aİ-yə üzvlük prosesini...

Türkiyə Pakistanı müdafiə etdi - Münaqişə bitəcəkmi?

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini və Xarici İşlər Naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Danışıq zaman...

Ailə başçısı qadın olanda xərclər artır - Müqayisə

Ev təsərrüfatlarının tədqiqi göstərir ki, Azərbaycanda ailə başçısı qadın olduqda adambaşına düşən istehlak xərcləri təxminən 4 faiz artır.  Sfera.az ...