Mingəçevirdə DƏHŞƏT! Elə xəbər eşitdilər ki toy yasa döndü - VİDEO

Mingəçevirdə DƏHŞƏT! Elə xəbər eşitdilər ki toy yasa döndü - VİDEO
Toydan analarının ölüm xəbərini alaraq qayıdan şəxslər yolda qəzaya düşüblər.

Sfera.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 75-ci km-də, Şəkinin Cuma kəndi ərazisində qeydə alınıb.

Qaxın Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes” markalı avtomobillə, eyni istiqamətdə hərəkət edən Şəkinin Cuma kəndi ərazisində yaşayan məcburi köçkün Vaqif Abdullayevin idarə etdiyi VAZ 21 011 markalı avtomobil toqquşub.

Toqquşmanın təsirindən "Mercedes” markalı avtomobil yol kənarındakı çökəkliyə aşıb.

Hadisə nəticəsində "Mercedes”də olan 4 sərnişin - Qaxın Turaclı kənd sakinləri Vəliyeva Diləfruz Əsəd qızı, Əsədova Tünzalə Məhəmməd qızı, Həsənova Sevgili Köçəri qızı və Həsənov Səbuhi Əsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadaları ilə Şəki MRX-yə çatdırılıb.

İlkin məlumatlara görə, qəzaya səbəb yüksək sürət və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, "Mercedes” markalı avtomobilin sürücü və sərnişinləri Mingəçevir rayonunda toyda olarkən analarının ölüm xəbərini alıb dərhal məclisi tərk edərək  Qax rayonuna yas mərasiminə tələsiblər.

 

OXŞAR XƏBƏRLƏR

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.   Sfera.az bildirir ki, Azə...

Roma Papası erməni katolokisla təkbətək görüşdü

Bu gün Roma Papası XIV Leo Kilikiya Erməni Katolik Evinin katolikos-patriarxı Rafael-Petros XXI ilə təkbətək görüşüb.   Sfera.az xəbər verir ki,...