Hacı Nuran yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Hacı Nuran yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Məşhur teleaparıcı Hacı Nuran Hüseynov ötən gecə yenidən xəstəxanaya yerləşdirilib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə teleaparıcı sosial media hesabında məlumat verib.

"Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

 

Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı... İki saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi... Beləcə, bir müddət müalicə almalıyam”.

 

Qeyd edək ki, Hacı Nuran Hüseynov uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir neçə ildir ki, müalicəsini həm Bakıda, həm də Almaniyada davam etdirir.

OXŞAR XƏBƏRLƏR

“Müğənni maşınını sata bilər, satmağa heç nəyi olmayan insanlar nə etsin?” — Namiq Qaraçuxurlu

"Populyar olan insanların əksəriyyəti bu sahəyə təsadüfən gələnlərdir. O adamlar da zaman-zaman danışıqlarını, hərəkətlərini bilmədikləri üçün insanları qıcıqla...

Aynişan ilk dəfə həyat yoldaşı ilə boşanmalarından danışdı - FOTO

 Müğənni, bloqer Aynişan Quliyeva ilk dəfə həyat yoldaşı Kənan Əliyev ilə "Instagram”da bir-birini izləmədən çıxarmaları barədə açıqlama verib. Sfera...

Məşhur müğənni koronavirusa yoluxdu - FOTO

 Məşhur estrada müğənnisi Flip Kirkorov koronavirusa yoluxub. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kirkorov özü mətbuata açıqlam...

Aysel ilə Oktayın ayrılmasına səbəb olan XƏYANƏT - VİDEOSU

Xəbər verdiyimiz kimi, bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb. Sfera.az Yenicag.az.-a istinadla xəbər verir ki, Aysel ərinin ona xəyanət etd...

"Gördükləriniz anlayacağınız qədərdir" — Kənan

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişanın həyat yoldaşından ayrılma xəbəri yayılıb.   Sfera.az xə...

“Ciddi və haqsız bir ittihamdır” – Afaq Brilliantla yaşadığı qalmaqaldan danışdı

 "Ciddi və haqsız bir ittihamdır. Heç kimə sosial şəbəkədə cavab verən deyiləm. Mənim mənliyim, cəsarətim, şəxsiyyətim var. Brilliant Dadaşovaya qarşı heç ...