“Haber Global”ın Zəngilanla bağlı təqdim etdiyi reportaj: “Bura Azərbaycanın Parisi olacaq” - FOTOLAR

“Haber Global”ın Zəngilanla bağlı təqdim etdiyi reportaj: “Bura Azərbaycanın Parisi olacaq” - FOTOLAR
Azərbaycan işğaldan azad edilmiş bölgələrdə hərtərəfli yenidənqurma və inkişaf layihələri həyata keçirir.

Sfera.az xəbər verir ki, bu barədə "Haber Global”ın Zəngilanla bağlı təqdim etdiyi reportajda deyilir.

Rayonda yeni yollar salan, elektrik stansiyaları tikən, dağıdılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti aqrar sahənin inkişafı üzərində işləyir.

Bölgədəki bütün layihələrdə Azərbaycanın yanında olan Türkiyə prioritet sahələrdən biri olan aqrar sektorun inkişafına dəstəyini davam etdirir. Bu çərçivədə, işğaldan azad edilmiş Zəngilanda Türkiyə şirkətlərinin də iştirakı ilə kənd təsərrüfatı işlərinin müasir texnologiyalarla həyata keçirilməsini nəzərdə tutan park qurulur.

İşlərin fasiləsiz davam etdiyi aqroparkda əkin sahələri, istixanalar, mal-qara ferması, ət kəsimi məntəqəsi, yem zavodu və meyvə bağları fəaliyyət göstərəcək. Əməkdaşlar üçün yaşayış və istirahət guşələrinin salındığı parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidənin, meşə massivinin salınması və məscidin tikilməsi də nəzərdə tutulub.

Parkda bütün işlər türkiyəli və azərbaycanlı mühəndislər tərəfindən həyata keçirilir.

Parkla bağlı hazırlanan layihənin rəhbəri Yasin Yavuz qeyd edib ki, iki ay əvvəl bura gəlib və bu müddətdə böyük dəyişikliyin şahidi olub.

"Bir-iki il sonra buranı tanımayacaqsınız. Bura Azərbaycanın Parisi olacaq”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiyanı "Dünya gözəli" müsabiqəsində azərbaycanlı model təmsil edəcək - FOTO

Rusiyanı "Dünya gözəli - 2021” müsabiqəsində Tatarıstanın ən gözəl qızı Ralina Ərəbova təmsil edəcək Sfera.az xəbər verir ki, o, 2019-cu ildə Rusiya gözəl...

Elmar Məmmədyarov uzun müddət sonra üzə çıxdı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sfera.az xəbər verir ki, diqqətçəkən məqam isə iclasda sabiq xarici ...

Bakının mərkəzində ucuz şou - onlar nə istəyir?

Dünyada ən müqəddəs duyğu Vətən uğrunda Şəhid olmaqdır. Boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçmək sözsüz ki, ən müqəddəs bir ...

ABŞ səfiri Tərtərə səfər etdi

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Tərtərin Səhlabad və Əskipara kəndlərində olub. Sfera.az xəbər verir ki, bu barədə məlumatı səfirlik yayıb. ...

Şəhidlərlə vida mərasimi saat 12-də keçiriləcək - FOTO

Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə bu gün vida mərasimi keçiriləcək. Sfera.az xəbər verir ki, saat 12-də Dövlət Sərhəd Xidmətini...

Məşhur Roberto Koin “Xarıbülbül” kolleksiyası haqqında DANIŞDI - FOTO

Noyabrın 24-də məşhur italyan zərgəri, eyniadlı zərgərlik evinin yaradıcısı Roberto Koin Azərbaycanda özünün yeni qiymətli kolleksiyasını təqdim edib. Vətən müh...