Gürcüstanla sərhəd mübahisəsi necə həll olunacaq? - AZƏRBAYCAN XİN AÇIQLADI

Gürcüstanla sərhəd mübahisəsi necə həll olunacaq? - AZƏRBAYCAN XİN AÇIQLADI

"Azərbaycan Gürcüstanla dövlət sərhədinin ən qısa zamanda delimitasiyasının tərəfdarıdır".

Sfera.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Biz ümid edirik ki, bu proses çox qısa müddətdə yekunlaşacaq. Azərbaycan öz tərəfindən buna hazırdır. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədi beynəlxalq təcrübədə mövcud olan qaydalara əsaslanaraq, eləcə də qarşılıqlı əlaqələndirmə çərçivəsində ikitərəfli formatda həll olunur. Dövlət komissiyasının iclasları keçirilir. Bu günə kimi 11 iclas olub. Ümumiyyətlə, iki ölkə arasında 480 km sərhədin 314 km hissəsi dövlət komissiyaları çərçivəsində razılaşdırılıb. 166 km ərazi isə ekspertlər səviyyəsində araşdırılır", - deyə o bildirib.

Gürcüstanla Azərbaycan arasında sərhədə dair 1938-ci il sənədi ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvilinin açıqlamasını şərh edən XİN rəsmisi deyib ki, istinad olunan sənədlərdən biri 1938-ci ilə aid olan 1:500000 miqyasda olan, daha çox sxematik xarakterli xəritədir: "Bu xəritə Azərbaycan və Gürcüstan SSR tərəfindən qəbul olunmuş sənəddir. Daha sonra SSRİ 1942-cu ildə daha aydın görüntülü 1:100000 miqyaslı xəritələrin işlənib hazırlanması qərarını verib. Bundan başqa, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetinin də təsdiq etdiyi xəritə mövcuddur. İşçi qrupu səviyyəsində delimitasiya məsələsinə baxdılıqda bu xəritələrə istinad olunur. İndiyə kimi də bununla bağlı hansısa problem yaşanmayıb".

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...