“Gürcüstana “3+3” formatının qapısı açıqdır” - Boçarnikov

“Gürcüstana “3+3” formatının qapısı açıqdır” - Boçarnikov
"Rusiya Cənubi Qafqazda "3+3” platforması çərçivəsində əməkdaşlığın inkişafında maraqlıdır”.

Sfera.az  xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov yanvarın 26-da jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: "İnanırıq ki, "3+3” platforması etimad quruculuğu tədbirləri, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə apara bilər”.

Səfir vurğulayıb ki, Gürcüstanın "3+3” formatında keçirilən görüşdə iştirakı çətin olsa da, onlar üçün qapı hər zaman acıqdır. "Hesab edirəm ki, Gürcüstan bu formatın faydalılığını qiymətləndirərək, "3+3” formatına qoşulacaq. Növbəti görüş təyin olunub”, - deyə rusiyalı diplomat bildirib.

Xatırladaq ki, 2021-ci ilin dekabrın 10-da Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan "3+3” formatında qapalı görüş keçirilib.

OXŞAR XƏBƏRLƏR

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...