Gürcüstan prezidenti: “Azərbaycanla sərhədin delimitasiyası vaxtında başa çatdırılmalıdır”

Gürcüstan prezidenti: “Azərbaycanla sərhədin delimitasiyası vaxtında başa çatdırılmalıdır”
 "Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılılqı strateji maraq kəsb edir”.

Sfera.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Dövlət başçısı əminlik ifadə edib ki, bu prosesə heç nə və heç kim mane ola bilməz.

Görüşdə C.Bayramov Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti olaraq dəstəklədiyini bildirib. S.Zurabişvili də öz növbəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib.

Prezidentin sözlərinə görə, Gürcüstan bölgədə sülh və sabitliyi təşfiq edən platforma olmağa hazırdır.

Tərəflər həmçinin iki ölkə arasında siyasi, iqtisadi-ticari, mədəni əlaqələrin dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər, Gürcüstan və Azərbaycanın dost ölkələr və strateji tərəfdaşlar olduğunu vurğulayıblar.

S.Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Gürcüstana səfərə dəvət edib.     

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...