Qarabağda müharibə başlaya bilərmi?- ekspert açıqladı

Qarabağda müharibə başlaya bilərmi?- ekspert açıqladı

"Lavrovun dediyi həmin fikirlər o zaman dəyərli olar ki, danışıqlar prosesi işğalın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması, müharibədə cinayət törətmiş insanlar barədə tədbirlər görülməsi üçün imkanlar yaradılsın”

 

Sfera.az-a açıqlamasında bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Minsk qrupu həmsədr ölkələrinin Qarabağ münaqişəsilə bağlı tərəflər arasında yeni əlaqələr hazırlamalarına dair səsləndirdiyi fikirə münasibət bildirərkən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Nərkəzinin sədri Araz Aslanlı deyib: 

 

"Lavrov əslində deyib ki, həm ATƏT, həm də həmsədr ölkələr olaraq  Rusiya, Fransa və ABŞ  münaqişənin həllilə bağlı danışıqlar prosesini fəallaşdıracaqlar.  O münaqişənin həllilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsini irəliləyişin əldə edilməsi imkanı kimi qiymətləndirir. Ardınca belə bir ümidverici mənzərəni ortaya qoyur ki, proses ətrafında yeni sıx görüşlər planlaşdırılır. Yəni Lavrov hesab edir ki, Azərbaycanla Ermənistan arasında təmaslar artanda, həmsədr dövlətlərin rəhbərləri bu iki ölkə ilə məsələni daha çox müzakirə edəndə, konfliktin həllilə bağlı imkanlar da artır. Əlavə olaraq deyir ki, artıq təmaslara başlanılıb və onu daha da sıxlaşdırmağı planlaşdırırıq. Arxasınca da qeyd edib ki, yeni təmas və görüşlər də planlaşdırılır. Belədə o görüşlərin keçirilməsi və bu istiqamətdə sıxlığın artmasını ümidverici mənzərə kimi təqdim edir. Bu bütövlükdə olmasa da, qismən belədir. Məsələn, münaqişə tərəfləri arasında təmasların kəsilməsi konfliktin həllində, konfliktologiyada mənfi hal kimi qiymətləndirilir. Bu mənada belə bir ümumi yanaşma var ki, hətta irəliləyiş olmasa da belə, təmasların davam etdirilməsi, münaqişənin dondurulmuş vəziyyətdə qalması müəyyən çərçivələrdə müsbət hadisə kimi qəbul olunur.

Ancaq konkret Qarabağ münaqişəsilə bağlı bu məqamı müsbət hadisə kimi qiymətləndirə bilmərik. Burada münaqişə başlanğıc formasında deyil. Əksinə böyük bir münaqişə baş verib, müharibə olub. Müharibənin nəticəsi olaraq da işğal, soyqırım prosesi baş verib, 1 milyondan çox insan doğma yurdlarını tərk edib. Belə bir situasiyada sadəcə atəşkəsi qorumaq, danışıqları intensivləşdirmək  uğur kimi qiymətləndirilə bilməz.  Lavrovun dediyi o zaman dəyərli olar ki, danışıqlar prosesi işğalın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması, müharibədə cinayət törətmiş insanlar barədə tədbir görülməsi üçün imkanlar yaradılsın. Bu sahədə imkanlar yaradılarsa, danışıqların intensivləşməsini müsbət hadisə kimi dəyərləndirə bilərik. Belə vəziyyət yaranmayacaqsa, bu sadəcə işğal prosesinin ömrünün uzadılmasına xidmət edəcək.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya, ABŞ və Fransadan olan həmsədrlər Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır. Bu mənada maraqlıdır, görəsən Rusiya XİN-in rəhbəri yeni əlaqələr deyəndə görəsən nəyi nəzərdə tutur?

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat tə...

Şanxay limanı yük dövriyyəsinə görə liderdir

Şanxay limanı 2024-cü ildə yük dövriyyəsinə görə dünya liderliyini qoruyub saxlayıb.   Sfera.az bu barədə hökumətin ötən ilin işlərinin yekunlarını ə...

Keyt Middlton xərçəngə qalib gəldi

Martın 22-də xərçəng xəstəliyinə tutulduğu və kimyaterapiyadan keçdiyi açıqlanan Uels şahzadəsi Keyt Middlton müalicəsinin başa çatdığını və sağalma mərhələsind...

FORBES Heydər Əliyev Mərkəzindən yazdı - FOTOLAR

Dünyanın məşhur jurnalı “Forbes” jurnalı italiyalı heykəltəraş Canfranko Megiatonun Heydər Əliyev Mərkəzində keçirilən “Görünməyənin cizgiləri...

"Bu saziş regionda yeni gərginliyə səbəb olacaq" - Politoloq

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.   ...

Avtobus sürücüləri bu hallarda işdən çıxarılır - RƏSMİ

Avtobus sürücüləri, sərnişinləri daşıyan şəxslər olaraq, yollarda yüksək məsuliyyət daşıyır və xüsusi peşə tələblərinə uyğun gəlməlidirlər.   Sfera.a...