Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin müdafiə naziri Fikri İşıka və Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubu ünvanlayıb.

Sfera.az məktubun mətnini təqdim edir:

"Qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş verən helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı. Biz bu dəhşətli hadisədən çox kədərlənirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

 
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

Kadırov oğluna uduzdu - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov bilyard oyununda oğlu, respublikanın Təhlükəsizlik Şurasının katibi Adam Kadırova uduzduğunu bildirib.   Sfera.az q...

Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlar Türkiyənin İstanbul, Gürcüstanın Batumi şəhə...

Azərbaycanda istilər bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq...

Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer açıqlandı

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin...

Cüdoçularımız Avropada 4 medal qazandılar

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kuboku start götürüb.   Azərbaycan Cüdo Federasiyasından Sfera.az-a verilən məl...

Dövlət qulluğu üzrə imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələ...