Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
Kateqoriya məlum deyil22.08.25, 08:297 👁️
T

Azərbaycanda avqustun 23-də 37 dərəcə isti gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...