Duman olacaq, yollarda görünüş məsafəsi məhdudlaşacaq

Gündəm
09:59 / 29.03.2025
2656
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 29-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.