Azərbaycanda sarı xəbərdarlıq elan olundu

Gündəm
17:00 / 23.02.2025
15207
Milli Hidrometeorologiya Xidməti fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, sarı xəbərdarlığa əsasən, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran və Masallı bölgələrində qərb küləyinin sürətinin 13.9-20.7 m/san-a çatacağı gözlənilir.