Bakıda orta məktəbdə RÜŞVƏT QALMAQALI - ARAŞDIRILACAQ

Bakıda orta məktəbdə RÜŞVƏT QALMAQALI - ARAŞDIRILACAQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonundakı 308 nömrəli orta məktəbdə təhsil alan Nicat Rzayevin atası, I qrup Qarabağ əlili Amil Rzayevin məktəb direktorunun onun uşağını "psix" adlandıraraq, məktəbdən qovmaq istəməsi barədə söylədiyi məsələni diqqətdə saxlayır.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə idarədən məlumat verilib. İdarədən bildirilib ki, bununla bağlı dəqiqləşdirmələr aparıldıqdan sonra lazımi tədbirlər görüləcək.

308 nömrəli tam orta məktəbdə hər hansı məqsədlə valideynlərdən pul yığılması ilə bağlı Amil Rzayevin söylədiklərinə gəldikdə, idarədən deyilib ki, səbəbindən və məqsədindən asılı olmayaraq, məktəblərdə pul yığımı qadağandır. Konkret olaraq, 308 nömrəli tam orta məktəbdə hər hansı məqsədlə valideynlərdən pul yığılması ilə bağlı Amil Rzayevin söylədikləri də araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

İdarə şagirdin psixoloji durumunda hər hansı problemin olmasının onun məktəbdən və ya sinifdən xaric edilməsi üçün əsas sayıla bilib-bilməməsinə də aydınlıq gətirib.

İdarədən bildirilib ki, şagirdlər ümumi təhsil müəssisəsinə qəbul edilərkən onların fiziki, psixloji və əqli sağlamlıqlarının tədris prosesində iştirak etmələrinə imkan verməsi barədə tibbi arayış tələb olunur: "Sonradan konkret şagirdlə bağlı şübhə yarandığı halda valideyn övladının müvafiq müəssisədə müayinədən keçməsini təmin edir. Tibb müəssisəsinin arayışına əsasən, fiziki, psixloji və əqli sağlamlığında müvafiq problemlər olan uşağın təhsilini xüsusi tipli təhsil müəssisəsində davam etdirməsi məsələsinə baxıla bilər".

Qeyd edək ki, Yasamal rayonundakı 308 nömrəli orta məktəbdə təhsil alan Nicat Rzayevin atası, I qrup Qarabağ əlili Amil Rzayev iddia edir ki, məktəb direktoru onun uşağını "psix" adlandıraraq, məktəbdən qovmaq istəyir. Səbəb isə onların məktəbdə yığılan pulları verə bilməməsidir.


OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...