Bu günün havası - Şimşək çaxacaq, yağış yağacaq

Bu günün havası - Şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-30° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.


OXŞAR XƏBƏRLƏR