Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə öldü

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə öldü

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Bu barədə Hərbi Prokurorluqdan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər icra edilib: 

“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq”.

Qurumdan qeyd edilib ki, Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq, istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.


OXŞAR XƏBƏRLƏR