Mərkəzi Bank FES-in qərarından sonra hansı addımı atacaq? – Deputat açıqladı

Mərkəzi Bank FES-in qərarından sonra hansı addımı atacaq? – Deputat açıqladı
ABŞ Federal Ehtiyat Sisteminin (FES) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırmasından sonra digər aparıcı ölkələrdə də uçot dərəcəsi dəyişdirilir. Məsələn, İngiltərə Bankı uçot dərəcəsinin 0.5 faizdən 0.75 faizədək artırıb. 

Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-deputat Vüqar Bayramov Rusiya-Ukrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyinin gözlənildiyinin bildirib.

Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə də, avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib:

"Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər. Digər tərəfdən FES-in son qərarı dolların məzənnəsini əksər səbət valyutalarına nisbətən yüksəldib. Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib.  Görünən odur ki, 2022-ci il əksər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımından heç də asan olmayacaq. Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək”.

Millət vəkili həmçinin vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib:

"Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur”.

Qeyd edək ki, FES-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. 

Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başladı

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhə...

Zaqatalada iki maşın toqquşdu -Xəsarət alan var

Zaqatalada iki minik avtomobili toqquşub.   Sfera.az xəbər verir ki, Zaqatala rayonu Muxax kəndində 2000-ci il təvəllüdlü Emil Qurbanovun idarə ...

Bu şirkət LƏĞV OLUNDU

Ləğv prosesində olan Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-yə məxsus "Azərlizinq" şirkəti ləğv olunduğunu elan edib. ...

"Əgər ABŞ prosesə müdaxilə etməsə, xalq inqilabı başlayacaq..." - Cənubi Koreyada nələr olur?

Son günlər Cənubi Koreyada vəziyyət gərginləşir. Belə ki, prezident Yun Sok Yol müxalifəti Şimali Koreyaya rəğbət bəsləməkdə ittiham edərək ölkədə hərbi vəziyyə...

Başqırdıstanda YENİ QANUN - Əcnəbilər daha çox vergi ödəyəcək

Başqırdıstanda patentlə işləyən əcnəbilərin vergisi artırılıb.   Sfera.az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı qanunu region rəhbəri Radiy...

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçiril...