Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq-AÇIQLAMA

Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq-AÇIQLAMA

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi mövzusuna münasibət bildirərək məsələyə baxıldığını və yəqin ki, müəyyən qərarların veriləcəyini deyib.

Maraqlıdır, ilkin olaraq hansı istiqamətdə maska tələbi ləğv edilə bilər? Yəni bu məsələ etap-etap həyata keçirilə bilərmi?
Mövzu ilə bağlı danışan deputat Fazil Mustafa yemək verilməyən qapalı ortamlarda maska tələbinin ləğv edilə biləcəyini deyib: "Açıq məkanlarda maska tələbinin olması mütləq deyil. Qapalı məkanlarda isə bəzi yerlərdə maska tələbi qüvvədə qalmalıdır. Müəyyən qapalı yerlərdə maska tələbi ləğv edilə bilər. Məsələn, toy-yas yerləri elədir ki, burada maska taxmaq məsələsi bir qədər absurddur. Belə yerlərdə maskaya nəzarəti gerçəkləşdirmək mümkün olmur. Lakin iclas və auditoriyalarda keçirilən tədbirlər üçün maska tələbi ola bilər. Ümumilikdə yemək məclisi qurulmayan auitoriyada maska tələbi qala bilər. Hər halda bu istiqamətdə müəyyən işlər görülür və müvafiq qərarlar veriləcək”, -deyə müsahibimiz qeyd edib. Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edir.


OXŞAR XƏBƏRLƏR

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...