Turşulardan niyə zəhərlənirik? – Qida texnoloqu doğru bildiyimiz yanlaşlardan danışdı

Turşulardan niyə zəhərlənirik? – Qida texnoloqu doğru bildiyimiz yanlaşlardan danışdı
Qış fəslinin yaxınlaşması ilə turşu və kompot mövsümü də başlayır. Bununla əlaqədar artıq zəhərlənmələrin olduğuna, hətta ölüm hallarına da şahidlik edirik. Təsadüfi deyil ki, bu gün sözügedən səbəblə bir nəfər həyatını itirib, bir nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qalır.
 
Zəhərlənmələrin olmaması üçün nələrə diqqət yetirmək lazımdır? Bu cür qida məhsullarında diqqət yetirməli olduğumuz faktorlar hansılardır?

Məsələ ilə bağlı Sfera.az-a danışan qida üzrə baş mütəxəssis Ağa Salamov turşu və kompotlardan zəhərlənmələri meyvə-tərəvəzlərin yaxşı yuyulmaması ilə əlaqələndirib:

"Zəhərlənmələrin olmasının başlıca səbəblərindən biri meyvə və tərəvəzlərin yuyulmadan, torpaqlı halda turşuya qoyulmasıdır. Emal vaxtı diqqət edəcəyimiz məqamlar var. Torpaqda yaşayan botulizm bakteriyaları var ki, onlar zəhərlənmələrə səbəb olur. Məhsulları bu bakteriyalardan uzaqlaşdırmaq üçün yaxşı yumaq lazımdır. Pestsidlər sirkəli su ilə reaksiya girdiyi üçün zəhərlənmələr baş verə bilər. Ona görə  5 litr suya 2 xörək qaşığı çay sodası əlavə edib, həmin suda göyərti və yaxud tərəvəzi saxlamaq lazımdır. Bundan sonra həmin məhsul təmiz su ilə yuyulub qurudulmalıdır”.

Qida texnoloqu turşuya qoyulan məhsula çiy suyun əlavə edilməməli olduğunu deyib:

"İnsanların doğru bildikləri yanlışlar da var. Məsələn, bəzi hallarda turşuya qoyulan hansısa tərəvəzi suyun altında ötəri yuyurlar. Lakin məhsul ən azı 15 dəqiqə çay sodası olan suyun altında qalmalı, üzərindəki torpaq tam tökülməlidir. Torpaq fiziki  çirklənmə ilə yanaşı, qidalara həm də bioloji çirklənmə verir. Bu da çox vaxt zəhərələnmələrin olması ilə nəticələnir. Bəzən şirə salmış göbələkdən də turşu qoyurlar. Lakin yaxşı olar ki, göbələk təzə, bildikləri yerdən aldıqları məhsul olsun. Turşuya qoyulan göbələyin ağzı kip bağlanmalı, məhsulun içərisinə çiy su daxil olmamalı, isti su ilə birgə duz və s. əlavə edilməlidir. Yəni turşuya qoyulan qidalarda düzgün texnologiya mütləq gözlənilməlidir”. 
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR