Güc birlikdədir

Güc birlikdədir

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyevin uzaqgörən və müdrik rəhbərliyi ilə uğurla davam etdirilən həm daxili,həm də xarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edir və daha da güclənir.

Dövlət başçımızın diqqət və qayğısı nəticəsində son illər respublikamızda insan hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi işlər görülmüş və bu yöndə işlər hal-hazırda da davam etdirilir. Respublikamızda aparılan çoxşaxəli islahatlar və gənclərin müxtəlif vəzifələrə təyin olunması deməyə əsas verir ki, cənab prezidentimizin siyasətinin əsasını Azərbaycan vətəndaşları tutur. Görülən işlər, cənab prezidentin apardığı kadr islahatları hər bir dövlət qurumunun qarşısına ümdə vəzifələr qoyur. Aparılan islahatlar imkan verir ki, yeni peşəkar, bilikli, müasir kadrlar irəli çəkilsin və onlara məsul vəzifələr həvalə edilsin. Cənab prezident hər zaman çıxışlarında gənc kadrların bütün sahələrdə təmsil olunmasını bildirmişdir. Həm də qeyd etmişdir ki, təcrübəli kadrlar öz təcrübəsini gənc kadrlarla bölüşməlidirlər.

Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda həm virusun ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün atılan təxirəsalınmaz tədbirlərlə yanaşı islahatların da həyata keçirilməsinə möhtərəm prezidentimizin uzaqgörən müdrik siyasəti nəticəsində nail olunur. Belə bir təlatümlü günlərdə artıq bir daha xalqla cənab prezidentin birliyi sübut olundu. Bu birlik nəticəsində artıq pandemiyanın qarşısı alınmaq üzrədir.

Hər bir Azərbaycan gənci qürur hissi keçirir ki, böyük dövlətlərin qarşısında aciz qaldıqları koronavirus pandemiyasının qarşısı Azərbaycanda uğurla alınır. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra xarici ölkələr artıq bizim təcrübəmizi bəyənir və yayılmasını təklif edirlər.

Günü-gündən ölkəmizin beynəlxalq imicinin artmasının nəticəsidir ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara və qurumlara sədrlik edir. 2011-ci ildə Qoşulmama hərəkatının tam hüquqlu üzvü olmağımıza baxmayaraq ölkəmizə göstərilən etimadın nəticəsidir ki, 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana həvalə edilmişdir. Cənab Prezidentin nüfuzu sayəsində may ayının 4-də 40-a yaxın dövlətin rəhbər şəxslərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Etiraf etmək lazımdır ki, bu videokonfransın keçirilməsinə İlham Əliyevin nüfuzu sayəsində nail olunmuşdur. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əldə olunan uğurların günü-gündən artmasına, müstəqil respublikamızın beynəlxalq nüfuzunun güclənməsinə baxmayaraq tutduqları vəzifələrdən öz mənafeləri üçün istifadə edən rüşvətxor şəxslər də bizim aramızda vardır. Həmin şəxslərə qarşı cənab prezidentin tapşırığına əsasən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ciddi tədbirlər aparılır.

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə vəzifəli şəxslərə müvafiq tapşırıqların və iradların tutulmasına baxmayaraq son günlər baş verənlər dövlətimizin mənafeyinə ciddi zərbə vurur. Biz belə kadrlardan yaxa qurtarmaq üçün cənab prezidentin ətrafında sıx birləşməliyik.

Tarix göstərmişdir ki, birlik sayəsində bütün nöqsanları aradan qaldırmaq, yeni-yeni uğurlara nail olmaq olur. Əminəm ki, Azərbaycan gəncliyi bu məsuliyyəti dərk edərək cənab prezidentin ətrafında daha sıx birləşəcəkdir.

Aygül Orucova

YAP Nəsimi Rayon

Təşkilatının Gənclər Birliyinin üzvü,

 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...