“Grante” ticarət brendindən qələbəyə töhfə - FOTO

“Grante” ticarət brendindən qələbəyə töhfə - FOTO
"Grante” ticarət markası və "Aznar” QSC təsisçisi Fərhad Əhmədovun rəhbərliyi ilə ordumuza, şəhid ailələrinə və Qarabağ müharibəsi zamanı yaralanan hərbçilərə yardım göstərib.
 
Sfera.az  xəbər verir ki, Fərhad Əhmədov bu barədə fikirlərini də bölüşüb. O bildirib ki, biz hər zaman ordumuzun və dövlətimizin yanındayıq.

Məqsəd və vəzifələrinə məsuliyyətlə yanaşan "Aznar” QSC müharibə dövründə də öz ənənələrinə sadiq qalıb.

Şirkət ön cəbhəyə ərzaq, xüsusi geyim və avadanlıq göndərməklə, şərəfli qələbə qazanan qəhrəmanlara öz dəstəyini göstərib.

"Grante” ticarət markası Göyçayda yaşayan bütün şəhid ailələrinə maddi və ərzaq köməyi də göstərib və bu dəstəyi gələcəkdə də davam etdirəcəklərini bildiriblər.

Bundan əlavə, şirkətin icraçı direktoru Teymur Əhmədov, Gəncə şəhərinə qarşı törədilən terror aktı nəticəsində maddi və mənəvi zərər çəkmiş insanlarla şəxsən görüşmüş və öz dəstəyini əsirgəməyib.

10 nəfər "Aznar” QSC əməkdaşı Qarabağ döyüşlərində iştirak edib. Təəssüf və yüksək fəxr hissilə bildirmək istərdik ki, onlardan 1 nəfəri Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. 
Şirkət şəhid olan əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir, Allahdan səbir və rəhmət diləyib!

Bütün bu yardımlar – əslində sonsuz Vətən sevgisi, vətəndaşlıq borcu, Ali Baş Komandan İlham Əliyev və onun siyasətinə olan dərin hörmətdən qaynaqlanır.

Qeyd edək ki, 1969-cu ildən fəaliyyətini sürdürən "Aznar” QSC ABŞ, Çin, Avstriya, Malayziya, İsrail və s. kimi dünyanın 30-dan artıq ölkəsinə öz keyfiyyətli məhsullarını "Grante” markası altında ixrac etməklə Azərbaycanı tanıtmaqdır.

OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...