No Image
No Image

Göyçay “Kiçik İtaliya”ya necə çevrildi? – Rusiya mətbuatı Fərhad Əhmədovun yeni layihələrindən yazdı, turistlərə çağırış etdi

Göyçay “Kiçik İtaliya”ya necə çevrildi? – Rusiya mətbuatı Fərhad Əhmədovun yeni layihələrindən yazdı, turistlərə çağırış etdi
Rusiyalı iş adamı Fərhad Əhmədov Azərbaycandakı doğma Göyçay rayonunda turistlər üçün cəlbedici məkan yaradıb.
 
Sfera.az bildirir ki, həmin məkanla bağlı Rusiya mətbuatında geniş məqalə dərc olunub. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, həmin məqalənin tərcüməsini təqdim edirik:
 
***

Koronavirus pandemiyası artıq ikinci ildir ki, rusiyalıların ölkəmizdən  kənara çıxmasını, sevimli kurortlarda istirahət etmək imkanlarını məhdudlaşdırır. Bəs evdə, yəni ölkəmizdə  vəzityyət necədir? Kubandakı otellər artıq dolub daşır, qiytmətlər çox yüksəkdir, Krımda isə aramsız yağan güclü yağışlar səbəbilə fövqəladə vəziyyət tətbiq edilib. Odur ki, soydaşlarımızın çoxu bir zamanlar SSRİ-nin tərkibində olan qonşu respublikalardakı istirahət məkanları ilə tanış olmağa başlayıblar. Misalçün, Azərbaycanın Göyçay rayonuna turist axınının artması qeyd olunur. Turizm xəritəsində əvvəllər o qədər də tanınmayan bu məkan yay tətili həvəskarlarını nə ilə  cəlb edə bilərdi?

Bunun sirri ondadır ki, Azərbaycan əsilli rusiyalı  iş adamı Fərhad Əhmədov doğma Göyçay rayonunu bir növ "Kiçik İtaliya” ya çevirib.  Nar, alma ağacları, üzümlüklər 100-lə hektar ərazini əhatə edir və zahirən Toskana mənzərələrini xatırladır. Bu yerlərin qonağını ucuz meyvələr, ləzzətli meyvə şirələri və şərablar, təbii məhsullardan hazırlanmış nəfis təamlar gözləyir. Yerli əhali və turist qismində respublikaya gələn insanlar arasında bu torpaqlar "cənnət məkanı” kimi tanınır.

 
Son bir neçə ildə rayon sözün əsl mənasında dəyişib: burada nəhəng bağlar, emal müəssisələri, abad  yollar yaradılıb.

Göyçaydakı turistlər bu Azərbaycan əyalətində beynəlxalq oyunlara ev sahibliyi edə bilən gözəl bir futbol stadionu görəndə ürəkdən təəccüblənirlər. Müasir idman zalları və idman meydançaları həm sakinlər, həm də qonaqlar üçün sağlam həyat tərzi üçün hər cür şərait yaradır.

2019-cu ildə Fərhad Əhmədov dörd ulduzlu Nar oteli inşa etdirdi. Bu yaxınlarda isə sözügedən otelin daha bir korpusu istifadəyə verildi və otaqların sayı 80-ə çatdı. Amma bu qədər otaq belə tələbatı ödəmir. Odur ki, daha 50 otağın  inşası planlaşdırılır.  Avropa standartlarına uyğun təchiz edilmiş oteldə spa-mərkəz və türk hamamından savayı, tezliklə  müalicəvi nar vannaları da istifadəyə veriləcək.

 
Şərabçılığı ilə məşhur olan Fransa turistləri şərab vannaları ilə cəlb edirsə, dünyanın ən yaxşı nar sortlarının yetişdirildiyi Göyçay rayonunun qonaqlara özünəməxsus nar vannaları təqdim etməsi tamamilə məntiqlidir.
 
Amma  bu bölgənin iqtisadiyyatı tək bir narla inkişaf etmir. Bu yaxınlarda "AzNar QSC” qazlı və qazsız su, müxtəlif alkoqollu içkilər və limonad istehsalı üçün yeni bir sex istifadəyə verib. Həmin sexdə  bulaq suyunun təmizlənməsi üçün İtaliyanın Ferrari şirkətinin avadanlığından istifadə olunur. Bu müasir istehsalat xəttinin yaradılmasına 10 milyon manat sərmayə qoyulub. Təmizləmə və keyfiyyətə nəzarət üzrə yeni texnologiyaların istifadəsi sayəsində İsmayıllı mənbələrindən alınan Aria bulaq suyu beynəlxalq standartlara cavab verir. "Yeni İtaliya" nın qonaqları tezliklə yeni Bellissimo markalı limonadın məziyyətlərini də qiymətləndirə biləcəklər.

Son illərdə Fərhad Əhmədov respublikanın Göyçay və İsmayıllı rayonlarındakı investisiya layihələrinə 250 milyon manatdan çox (təxminən 150 milyon ABŞ dolları) sərmayə yatırıb. Bu yaxınlarda Göyçayda dörd yeni müasir obyekt istifadəyə verilib. Bu, yeni iş yerlərinin açılmasına, istehsal olunan məhsulların çeşidinin genişləndirilməsinə, bölgənin ixrac imkanlarının artırılmasına və müvafiq olaraq, ölkə büdcəsinin vergi gəlirlərinin yüksəldilməsinə doğru bir addımdır.

 
Amma qeyd etmək laımdır ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək Fərhad Əhmədovun xarakterinə yaddır. İnkişaf dinamikası daha da sürətlənir: tezliklə meyvələrin saxlanılması üçün 6 min ton tutumu olan  iki böyük soyuducu qurğu istismara veriləcək,  eləcə də balıq fabriki və yem istehsalı zavodu inşa ediləcək.

"Nar cənnəti"nin zəngin təbiəti, qonaqpərvər sakinləri və dinamik inkişaf edən sosial-iqtisadi infrastrukturu müxtəlif ölkələrdən, eləcə də  Rusiyadan gələn turistləri maqnit kimi özünə çəkir.
 
Azərbaycan Respublikası Sovet İttifaqının dağılmasından sonra da Rusiyaya dost ölkə olaraq qalır. Ölkələrimiz arasında sıx iqtisadi və mədəni əlaqələr mövcuddur. İctimai həyatın müxtəlif sahələrində uğur qazanmış bir çox azərbaycanlı Rusiyada təhsil alıb işləyir və ölkələrimiz arasında körpüləri möhkəmləndirməyə davam edir. Rusiya Federasiyasının keçmiş senatoru, milyarder Fərhad Əhmədov Rusiya ilə  tarixi vətəni arasındakı əlaqələrin möhkəmləndirilməsinə kömək edir. Rusiyalı turistlər Əhmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli hakimiyyət orqanları tərəfindən hər il respublikanın Göyçay bölgəsində keçirilən məşhur "Nar bayramı" nda məmnuniyyətlə iştirak edir. 2020-ci ildə UNESCO "Nar bayramı”nı  bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan etdi.

Milyarderin şirkətinin yerli AzNar zavodunda istehsal etdiyi "Grante” markalı nar şirəsi Rusiyada və dünyanın onlarla ölkəsində çox populyardır.

Fərhad Əhmədovun sərmayələri bölgədə arıçılıq, qoyunçuluq və balıqçılıq sahələrini əhatə edən çoxşaxəli kənd təsərrüfatı kompleksi yaratmağa imkan verib. Burada məşhur "Qızıləhməd" sortunun yetişdirildiyi alma bağları salınıb. Üzüm bağlarının sahəsi  genişləndirilir. Bunun sayəsində Göyçay, İsmayıllı və ətraf ərazilərin sakinləri yeni iş yerləri ilə təmin olunur  və layiqli əmək haqqı alır.

Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu bölgənin inkişaf potensialı hələ tükənməyib və Fərhad Əhmədovun sərmayələri sayəsində regionun sosial-iqtisadi infrastrukturunun inkişaf tempi turizmin inkişafı üçün yeni perspektivlər açır.
 
 
Bu yay Xəzər dənizinə çıxışı olan qonşu ölkədə istirahət etmək imkanı uzaq xaricə səfərləri məhdudlaşdırılan rusiyalı turistlər üçün yaxşı bir alternativə çevrilib. 

 


 
Selcan
Sfera.az

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"İnanmıram ki, Paşinyan belə bir əmr versin..." - Şuşa və Naxçıvana atəş göstərişini kim verib?

Xəbər verdiyimiz kimi, erməni silahlı qüvvələri Şuşa və Naxçıvan üzərindən hərbi birləşmələrimizi atəşə tutub. Erməni təxribatı nəticəsində bir hərbçimiz yara...

Hadisədən gözlənilməz ETİRAF – “Kaan hər şeyimə qarışırdı, Mehmet isə...”

Məşhur türkiyəli müğənni Hadisə ilk dəfə yeni sevgilisi haqda danışıb. Sfera.az bildirir ki, ifaçı bu barədə dostları ilə söhbəti zamanı deyib. İddiala...

“Mikroavtobus və taksi sürücülərinin bir çoxu “patı” istifadəçiləridir” – Aslan İsmayılov

"Yollarda mikroavtobus və taksi sürücülərinin törətdiyi yol nəqliyyat hadisələrinin bir neçə səbəbi var. Bunların arasında kimlərə gəldi, sürücülük v...

Meşələri polis qorusun, yoxsa özəl təşkilatlar? – ETSN-nin təklifinə REAKSİYALAR

"Qanun icra olunmayacaqsa, heç nə dəyişməyəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliye...

"Belə sərsəm ifadələr işlətməklə iki məsələdə bizə kömək edir" - Zatulinin Qarabağla bağlı açıqlamasına REAKSİYA

"Biz öz öhdəliklərimizdən boyun qaçırmağa və yayınmağa alışqan deyilik. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır...

Lavrovla Çavuşoğlunun görüşündə aydınlaşan məsələlər: "3+3 formatındakı təklif..."

"Lavrov yaxşı başa düşür ki, Türkiyə və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinsə əldə edilməsi o qədər də inandırıcı deyil. Həm Ermənistan, həm də Rusi...