Goranboyda 20 ton pambıqla dolu yük avtomobili yandı

Goranboyda 20 ton pambıqla dolu yük avtomobili yandı
Goranboy rayonunun Borsunlu kəndində "Mercedes” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılmış ümumi çəkisi 20 ton olan pambıq bağlamalarının 7 tonu yanıb.

Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Avtomobilin və pambıq bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR