Gömrük Komitəsi Gorus - Qafan yolunda İran maşınlarından rüsum alındığını TƏSDİQLƏDİ

Gömrük Komitəsi Gorus - Qafan yolunda İran maşınlarından rüsum alındığını TƏSDİQLƏDİ
"Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və ərazini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir”.

Bu barədə Sfera.az-ın Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı sorğusuna Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna  cəlb edilir:

"Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

XİN başçısı bir sıra həmkarları ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərindən...

Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri ilə görüş keçirildi

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlət...

Azərbaycanla Türkiyə daha bir memorandum imzaladı

"Gənclər və idman naziri kimi Türkiyəyə ilk səfərimdir. Bir neçə gün əvvəl Özbəkistanda keçirilən Türk Şurasının İdman Nazirlərinin Görüşündə türkiyəli həmkarım...

"İlham Əliyev reallığı lazımi ünvanlara çatdırdı" - Rusiyalı politoloq

"İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı çox düzgün, dəqiq, başadüşülən və tam məntiqli idi. O, həqiqəti danışaraq, dünyada və regionda...

Ceyhun Bayramov ABŞ-dakı yəhudi təşkilatlarının nümayəndələri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlar...

Angela Merkelin şərəfinə qızıl sikkə hazırlandı

Almaniyada ölkənin 16 illik kansleri Angela Merkelin şərəfinə qızıl sikkə hazırlanıb. Sfera.az  xarici mətbuata istinadən xəbər verir ki, onun üzərin...