Gömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+Video

Gömrükdə külli miqdarda dərman ələ keçirildi - Fotolar+Video

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşısını alıblar.

Sfera.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, idarənin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən "İpək Yolu” gömrük postunda Türkiyə Respublikasından gələn yük avtomobilinin qoşqusunda mallar yoxlanılan zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.

Daha sonra yüklər açılıb və nəticədə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, elektrik lampalarının qutularının içərisində gömrük nəzarətindən gizlədilmiş 759 qutu müxtəlif markalı dərman preparatları aşkar edilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dərman preparatlarını qanunsuz yolla gətirən şəxslər ifşa edilərək təhqiqata cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda qəzaya düşənlərin vəziyyəti açıqlandı

Fevralın 21-də Sumqayıtda baş verən avtobus qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb.  Sfera.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən...

"Porsche" nə vaxtdan bahalı maşın olub? — Deputat avtomobili ilə törədilən qəzadan DANIŞDI

Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 15-də Bakı şəhə...

Daha 3 vulkan da püskürə bilər - Zəlzələnin təsiri - AÇIQLAMA

Şamaxıda Quşçu kəndi yaxınlığında "Quşçu” vulkanının püskürməsi gözlənilən idi. Sfera.az bildirir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofi...

Şamaxıda dağıntı olan ərazilərə giriş qadağan olundu - FOTO

Şamaxıda dağıntılar baş verən ərazilərə giriş qadağan olunub. Sfera.az bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakim...

İsmayıllıda səhər tezdən zəlzələ: gücü 4 bala yaxın olub

Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli ...

Azərbaycanda küçəyə atılan körpələrin anası tapıldı - TƏFƏRRÜAT

Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb. "Report"un verdiyi məlumata görə, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamə...