"Gilan Holding" koronavirusla mübarizə ilə bağlı otellərini karantin zonası üçün ayırıb

"Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək  koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini vermişdir. 

APA-nın məlumatına görə, 1987-ci ildən fəaliyyət göstərən və Azərbaycanın ən iri şirkətlərindən olan "Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdir. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilmişdir. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, "Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

OXŞAR XƏBƏRLƏR

Ermənilərin atdığı top mərmisi bu evə düşüb - FOTO

 Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub. Sfera.az xəbər veri...

ATƏT-in Minsk qrupunun həmsədrləri: "Qarabağda gərginliyə yol vermək olmaz"

 ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin ...

Ermənilər Tovuzun Dondar Quşçu kəndini topdan atəşə tutub

 Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyin...

“Ermənistan belə təxribatlarla diqqəti problemlərdən yayındırmağa çalışır”

  "Ermənistan belə təxribatlarla diqqəti sosial-iqtisadi problemlərdən, yoxsulluqdan yayındırmağa çalışır” Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin...

SON DƏQİQƏ: Ermənistan 100-dən çox itki verib - Etirazlar başladı + VİDEO

  Ermənistanın paytaxı İrəvanda insanlar küçələrə axışıb. Sfera.az xəbər verir ki, onlar Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə...

KTMT sərhəddə yaranan vəziyyətlə bağlı təcili iclas keçirəcək

  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Azərbaycan və Ermənistan arasında sərhəddə yaşanan gərginlik səbəbindən təcili iclas çağırıb....