AKTUAL

Gənc millət vəkili seçicilərinə təşəkkür etdi - MƏTN

Gənc millət vəkili seçicilərinə təşəkkür etdi - MƏTN
Məlum olduğu kimi bu gün Konstitutsiya Məhkəməsi 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyib. Bununla da Azərbaycanda növbəti Milli Məclisin tərkibi müəyyənləşib. 
 
Sfera.az xəbər verir ki, Milli Məclisə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilən Şahin Seyidzadə sosial şəbəkə vasitəsilə seçicilərinə təşəkkür edib:

"Əziz həmkarlar, dostlar, seçicilər,

Artıq Konstitusiya Məhkəməsi tərəfindən 9 Fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində namizəd olduğum 50 saylı Abşeron-Qobustan seçki dairəsinin nəticələri yekun olaraq rəsmi təsdiqləndi.

İlk gündən, xüsusi ilə təbliğat-təşviqat kampaniyası zamanı seçki qərargahı, şəhər, kənd və qəsəbələrdə mənimlə bir olan komandaya, vəkillərə, görüşlərdə iştirak edən böyüklərmiz başda olmaqla, ziyalılarımıza və gənclərimizə, seçki günü fəaliyyət göstərən bütün müşahidəçi və supervzayzerlərə, bu yolda daima məni dəstəkləyən dostlar, tələbələr, həmkarlar, qohumlar, KİV nümayəndələrinə və ən əsası etimad göstərən seçicilərə dərin minnətdarlığımı bildirirəm!

Hər birinizə bir daha dəstəyinizə görə təşəkkür edirəm!"

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930