“Gedib, nəvələrini oynatsın...” – Partiya sədrindən səhiyyə nazirinə çağırış

“Gedib, nəvələrini oynatsın...” – Partiya sədrindən səhiyyə nazirinə çağırış


"Oqtay Şirəliyevin dincəlməsi məsləhətdir. Gedib nəvələrilə oynasın”

 

Sfera.az-a açıqlamasında bu sözləri kadr islahatlarının davamının olub-olmayacağı, daha hansı yaşlı məmurların istefaya göndərilə biləcəyilə bağlı sualı cavablandırarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

 

"Kadr islahatlarının aparılması Konstitusiya görə Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu məsələyə heç kim qarışa bilməz. Hər halda son zamanlar kadr islahatları sahəsində də ciddi addımlar atılıb. Düşünürəm ki, dövlət başçısının bu istiqamətdə verdiyi mesajlar digər yerində olmayan məmurlara da şamil ediləcək. Hər halda bu qənaətdəyəm ki, yaşı 70-dən yuxarı olan məmurların yaxın vaxtlarda istefaya göndərilməsi prosesi tamamilə yekunlaşmalıdır. Məlumatıma görə, Səhiyyə naziri Oqtay Şirəliyev istefaya getməklə bağlı ərizəsini verib. Onun dincəlməsi məsləhətdir. İmkanı, var-dövləti var. Gedib bir qədər də nəvələrilə oynasın”.

 

Partiya sədri parlamentin buraxılmasını da zəruri hesab etdi: "Milli Məclisin vaxtından əvvəl buraxılması zəruridir və gözlənilir. Ölkə Prezidentinin iradəsinin qarşısında heç kim duruş gətirə bilməyəcək və islahatlar sona qədər davam edəcək. Sadəcə, bir qədər gözləməliyik". 

 

H. Hacıyevin fikrincə, baş nazirin yaşlı müavinləri də getməlidir: "Yaşı keçmiş və getməli olan məmurlar sırasında baş nazirin müavinləri də var. İcra başçıları arasında da yaşlı və rüşvətə qurşanan insanlar var. Prezidentə hörmət edirlərsə, ərizələrini yazıb getsinlər. Bu hələ başlanğıcdır. Böyük kadr islahatları aparılmalıdır. Kimlər ki, vəzifədən ayrıla bilmir, evlərindəki otaqlarının birində iş stolu düzəldib, orada otursunlar, lazım olsa çay gətirmək üçün katibə də təyin etsinlər”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...