Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - FOTOLAR

Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - FOTOLAR
Türkiyə mediası Azərbaycanın Füzuli şəhərindən reportaj hazırlayıb.
 
Sfera.az xəbər verir ki, Anadolu Agentliyinin (AA) üzvləri 17 oktyabrda işğaldan azad edilən şəhərin fotolarını yayaraq bölgə barədə məqalə dərc ediblər.
Qeyd olunub ki, şəhərdə demək olar ki, salamat bina yoxdur. Bir zamanlar 100 min azərbaycanlının yaşadığı şəhər dağılmış yollardan və sadəcə daşları qalan binalardan ibarətdir.

Ermənilər işğaldan sonra evlərin əşyalarını sökərək mənimsəyiblər, yaşamaq üçün olan şərait tamamilə məhv edilib.

Vurğulanıb ki, Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Həmçinin ərazi mina və partlamamış mərmilərdən təmizlənir.
"Anadolu” qeyd edib ki, Füzuliyə gedən yollar Azərbaycan Ordusunun zərərsizləşdirdiyi düşmənə aid tank, zirehli avtomobillərlə doludur: "Demək olar ki, hər addımbaşı vurulan tankla, ermənilərin qoyub qaçdığı sursatlarla rastlaşmaq mümkündür”. 

Bildirilib ki, əraziyə bir neçə Füzuli sakinləri də gətiriliblər. Onlar 27 illik həsrətdən sonra şəhərlərini ziyarət ediblər və evlərinin vəziyyətini görən zaman kədərləniblər. 

Torpağı ilə qovuşan Şadiyə Qəhrəmanova evindən geriyə sadəcə daşlar qaldığını, buna rəğmən xoşbəxt olduğunu deyib.
Vaqif Vəliyev isə ata yurduna qayıdacaqları üçün sevincli olduğunu ifadə edib.

"Evimi tanıya bilmədim. İkimərtəbəli idi, indi bu hala düşüb. Çox pis oldum, qəlbim yandı. Burada sağlam ev qalmayıb. Biz illərdir bu günü gözləyirdik. İnşallah qısa zamanda Füzuliyə köçəcəyik”, - deyə vaxtilə şəhər sakini olmuş Arzu Şəfiyə bildirib. /Qafqazinfo


 

OXŞAR XƏBƏRLƏR

Şəhid hesab olunan əsgərimiz SAĞ ÇIXDI - FOTO

Şəhid hesab olunan əsgərimizdən şad xəbər var. Sfera.az  xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur. O, Murovda erm...

Şuşaya çəkilən yoldan FOTOLAR

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintintisinə başlanılıb.  Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil ola...

Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”

Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın...  Hər kəs onu belə tanıdı. Onun kim olduğunu bilmədən bütün Azə...

Füzuli sakinləri ermənilərin viran qoyduğu evlərində... - FOTOLAR

Türkiyə mediası Azərbaycanın Füzuli şəhərindən reportaj hazırlayıb.   Sfera.az xəbər verir ki, Anadolu Agentliyinin (AA) üzvləri 17 oktyabrda işğaldan aza...

“Azərbaycanlılarla birgə yaşamağa hazıram”- Laçında məskunlaşan erməni

Laçında məskunlaşan erməni azərbaycanlılarla birgə yaşamağa hazır olduğunu deyib. Sfera.az  "armenia sputnikə istinadən xəbər verir ki, 90-c illərin ...

“2001-ci ildə doğulan hər 30 ermənidən biri bu müharibədə ölüb”

"Bu qrafik Ermənistan hərbi itkilərinin yaş bölgüsünü göstərir. İndiyədək təxminən 1400 nəfərin adını və doğum ilini açıqlayıblar. Daha sonra rəsmən deyiblər ki...