Futbol tarixində görünməmiş hadisə - VİDEO

Futbol tarixində görünməmiş hadisə - VİDEO
 

 "Hoffenhaym” və "Bavariya” klubları arasında keçirilən matç fanatların təhqiramiz ifadələrinə görə yarımçıq saxlanılıb.

Sfera.az xəbər verir ki, "Bavariya” azarkeşləri "Hoffenhaym” klubunun rəhbərini təhqir edən bannerdən istifadə ediblər. Münhen klubunun oyunçuları banneri görəndən sonra azarkeşlərindən onu çıxarmağı istəyiblər. Lakin azarkeşlər oyunçuların xahişini yerə salıblar. Bundan sonra "Bavariya”nın baş məşqçisi Hans-Diter Flik əsəblə tribunalara tərəf gedərək tamaşaçılardan banneri yığışdırmağı tələb edib.

Futbolçular isə öz növbələrində etiraz əlaməti olaraq bir-birinə ötürmə edərək, oynamaq istəmədiklərini nümayiş etdiriblər. 

Matçın hakimi Kristian Dinqert baş verənlərdən sonra oyunu dayandıraraq hər iki komandanın üzvlərini stadiondan çıxarıb. Matç 20 dəqiqəliyə dayandırılıb və daha sonra 78-ci dəqiqədən davam etməyə başlayıb. Hakim elan edib ki, banner yığışdırılmayınca oyun davam etməyəcək.

Həmin dəqiqəyə qədər artıq "Bavariya” 6:0 hesabı ilə rəqibini darmadağın edib.

(oxu.az)




OXŞAR XƏBƏRLƏR

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...