Fransız ekspert: “Bərpa olunan enerji üzrə Azərbaycanla əməkdaşlıq uğurlu olar” - MÜSAHİBƏ

Fransız ekspert: “Bərpa olunan enerji üzrə Azərbaycanla əməkdaşlıq uğurlu olar” - MÜSAHİBƏ

"Green Cross” beynəlxalq qeyri-hökumət təşkilatının Fransa şöbəsinin icraçı direktoru Nikola İmberin (Nicolas İmbert) "Report” agentliyinə müsahibəsi:

- Bərpa olunan enerji mənbələrindən, xüsusən də günəş enerjisindən istifadə etməyin üstünlükləri nələrdir?

- Bu gün alternativ adlandırdığınız, başqa dillə desək, bərpa olunan enerji, fossil yanacaqları ilə müqayisədə daha az sərmayə tələb edir. Bundan əlavə, bərpa olunan mənbələrdən enerji almaq üçün avadanlıqların quraşdırılması daha sadədir və daha ucuz başa gəlir. "Green Cross” inanır ki, 20 ildən az bir müddətdə enerji sektoru 1D-dən 4D-yə keçib, yəni daha şaxələndirilib, karbon emissiyaları azalıb.

- Qeyd etdiniz ki, bərpa olunan mənbələrdən enerji istehsalı üçün avadanlıqları quraşdırmaq sadədir. Bəs alternativ enerji rəqabət qabiliyyətlidirmi?

- Bərpa olunan enerji mənbələri mükəmməl iqtisadi rəqabət qabiliyyətləri nəticəsində sürətlə inkişaf edir və bu gün artıq onlar zəruri olublar. Fransa fossil və parçalanan enerjiləri və xüsusən nüvə enerjisini maliyyələşdirən ölkələrdəndir. Hətta bu xərclərin bir hissəsi istehlakçıların, vergi ödəyicilərinin üzərinə düşür. Bu bazar modelinə baxmayaraq maliyyələşdirilməyən külək və günəş enerjiləri digər enerji mənbələrindən, xüsusən də maliyyələşdirilən nüvə enerjisindən daha rəqabətli olub.

 

Nikola İmber

 

- Bərpa olunan enerjidən istifadə baha başa gəlirmi?

- Enerjinin qiyməti və enerji istehsal edən infrastruktura qoyulan investisiyanın qiymətini bir-birindən fərqləndirmək vacibdir. Enerji istehsal edən infrastruktura qoyulan sərmayənin qiyməti çox deyil. Bu da mərkəzləşdirilmədən, istehsalın tələb oluna biləcəyi yerə yaxın və 4 ildən 10 ilə qədər müddətdə nəticələr verərək, çox zaman gəlir gətirə biləcək sərmayəyə imkan yaradır. O ki qaldı enerjinin qiyməti və vergi məsələlərinə, bu çox vaxt siyasi seçimdir. Yəni dövlət özü buna istədiyi kimi nəzarət edə bilər. Vurğulamaq istəyirəm ki, çox vaxt enerjinin ən bahalı olduğu ölkələr (Skandinaviya, Kanar adaları ...) bərpa olunan enerji mənbələrindən enerji istehsalına və istehlakına daha tez keçiblər və beləliklə, rəqabətdə daha güclü olublar.

-Ekologiyanın və meşələrin qorunmasında alternativ enerjidən istifadənin üstünlükləri nələrdir?

- Bərpa olunan enerji mənbələri çoxdur. Biz günəş və küləkdən istehsal olunan enerjiyə toxunduq. Amma bərpa olunan qazları da unutmayaq. Bunlar əsasən anaerob, piroqazifikasiya və ya mikro yosunlardan alınır. Bundan başqa, sudan alınan enerji də var ki, bura mikro hidravlik, dalğa enerjisi və sair daxildir. Bunlar böyük yeniliklərdir. Bərpa olunan enerji mənbələri ətraf mühitdə dörd sahədə aparıcı rol oynayır: karbon emissiyalarının azaldılması, suyun keyfiyyəti və biomüxtəliflik. Misal üçün anaerob meşələrin və kənd təsərrüfatı mallarının sağlamlığı üçün xeyirlidir.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bu enerjilər fossil yanacaqlarından daha artıq dözümlüdür. Yəni, böyük bir iqlim dəyişikliyi baş verərsə, onlar daha asanlıqla bərpa oluna biləcəklər.

 

 

- Fransada alternativ enerji mənbələrindən hansılar daha geniş yayılıb və Fransa öz təcrübəsini Azərbaycanla bölüşə bilərmi?

-1960-cı illərdən etibarən Fransada həddindən artıq mərkəzləşdirilmiş enerji sistemi formalaşıb ki, bu həm də ölkədə enerjidən tələbatdan artıq istifadə edilməsinə səbəb olub. Ölkə bu gün enerji keçidinə çox az uyğunlaşıb. Lakin Dunkerque, Bordo, Lyon kimi qabaqcıl bölgələrin və xüsusən də aqlomerasiyaların təkidi ilə milli müzakirələr başladı, enerjiyə keçid haqqında bir qanun qəbul edildi və nəhayət ölkə enerji keçidinə qədəm qoyuldu. Lakin bu günə qədər enerji müxtəlifliyinə görə Avropa qonşularımızdan daha az inkişaf etmişik. Bununla belə, universitetlərimiz, sahibkarlarımız, eyni zamanda orta şəhərlərimiz Azərbaycan üçün maraqlı ola biləcək enerji səmərəliliyi və "enerji olan ərazi”dən "enerjiyə keçid ərazisi"nə çevrilməsi baxımdan lazımi bilik və bacarığa malikdirlər. Məsələn, "Assises de l’Energie” kimi aktyorlarımız var ki, bu sahədə dərin nəzəri biliklərə malikdir və enerji keçidi sahəsində fəaliyyəti əvəzolunmazdır. Yaxud innovasiyalar ərazisinə çevrilmiş Dunkerque şəhər icması dinamik layihələri ilə enerji keçidinin cəmiyyətin inkişafında, həmçinin ekoloji və iqtisadi inkişafdakı rolunu nümayiş etdirməkdədir. Beləliklə, belə qabaqcıl aktyorlarımızın Azərbaycanla əl-ələ verib əməkdaşlıq etməsi hər iki tərəf üçün xeyirli ola bilər. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...