\"Ford\" elektrikli avtomobil istehsalını 3 dəfə artıracaq

\
ABŞ-ın avtomobil istehsalçısı "Ford Motor Co” 2023-cü ilə qədər Şimali Amerika və Avropa üçün tamamilə elektrikli "Mustang Mach-E SUV” modelinin istehsalını təxminən 3 dəfə artıraraq 200 minə çatdırmağı planlaşdırır.

Sfera.az bu barədə "Reuters”ə istinadən xəbər verir.

"Mustang Mach-Es"ə olan inanılmaz tələbi qarşılayacaq qədər sürətli istehsal çətindir, ancaq biz cəhd edəcəyik”, - "Ford”un baş icraçı direktoru Cim Farley deyib.

Qeyd edək ki, "Ford” elektrikli avtomobil bazarında "Volkswagen” və qlobal lider "Tesla”nı təqib edərkən, əsrlik rəqibi "General Motors Co” və Avropa avtomobil istehsalçısı "Stellantis”lə rəqabət aparır.

"Ford”un yüksək səviyyəli meneceri bildirib ki, şirkət növbəti 2 il ərzində "Lightning" pikapı və "E-Transit" mikroavtobusu da daxil olmaqla hər il elektrikli avtomobil istehsalını 600 minə çatdırmağı hədəfləyir.

Məlumata görə, "Ford” "Mustang Mach-Es”lərin istehsalını artırmaq üçün "Explorer" və "Lincoln Aviator" krossoverlərinin elektrik versiyalarının istehsalını təxminən bir il yarım təxirə salıb. Şirkət tədarükçülərinə bu yeni EV-lərin istehsalını 2024-cü ilin dekabrında başlanmasının planlaşdırıldığını deyib.

OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...