Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB

Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Sosial şəbəkələrdə fevralın 27-dən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlayacağı ilə bağlı söz-söhbət dolaşır. 

Xüsusilə "Whatsapp” qruplarında bildirilir ki, fevralın 27-dən ümumtəhsil məktəbləri, universitetlər və kolleclər açılır.

Sfera.az  xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov  açıqlamasında bildirdi ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, yayılan məlumatlar əsassızdır.

"Bununla bağlı indidən heç nə demək olmaz. Bütün hallarda indiki anda heç bir əsası yoxdur. Bununla bağlı dəfələrlə məlumat vermişik.

Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.

Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...