Fermerdən görünməmiş evlilik təklifi: İnəyə üzük taxdı və...
12:29 / 11.05.2021
2393
Sosial şəbəkələrdə britaniyalı
fermerin sevdiyi qadın üçün icad etdiyi orijinal
evlilik təklifi müzakirələrə səbəb olub.
Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, britaniyalı fermer gələcək xanımına sürpriz
etmək məqsədilə sevimli inəyindən "kömək alıb". Belə ki, fermer inəyin yelinə sevgilisi üçün üzük keçirib. İzləyicilər
kişinin bu hərəkətinə tənqidi yanaşıblar, onu zövqsüzlükdə, inəyə qarşı qəddarlıqda
və axmaqlıqda suçlayıblar.
Çoxları kiminsə öz qəribə ideyalarını
həyata keçirmək üçün heyvanlardan istifadə etməsinin qəbuledilməz olduğunu yazıb. Qeyzlənmiş istifadəçilər zavallı inəyə görə məyus
olduqlarını söyləyiblər. Fermerin bu hərəkətininin heyvanlara qarşı şiddət kimi
qiymətləndirilməsi tələb edilib.
Sfera.az