Fərhad Əhmədov şəhid polkovniklə görüşündən yazdı - FOTOLAR

Fərhad Əhmədov şəhid polkovniklə görüşündən yazdı - FOTOLAR
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov ötən gün minaya düşərək şəhid olan polkovnik Babək Səmidli ilə bağlı xatirələrini bölüşüb.

Sfera.az xəbər verir ki, "Facebook" hesabında şəhid polkovnikin yer aldığı görüntüləri paylaşan biznesmen bu fikirləri qeyd edib:

"Bu gün artıq dinc Qarabağdan kədərli xəbər gəldi. Cəsarətli və yaraşıqlı bir insan, əsl müharibə qəhrəmanı polkovnik Səmidli Babək mina partlaması nəticəsində həlak olub. Rusiya sülhməramlı zabiti daxil olmaqla, eyni minaya düşmə nəticəsində daha beş nəfər yaralanıb.

Polkovnik Babəklə tanış idik, müharibə bitdikdən sonra Qarabağda tanış olmuşduq.

Müharibəni birinci günündən son gününə qədər keçmiş, ağır əlbəyaxa döyüşlərlə Şuşanı alan bu adam o zaman məndə dərin təəssürat yaratmışdı.

İndi iki hissim var.

Gözəl bir insanın yersiz ölümü səbəbiylə yaranmış təəssüf, hansı ki, müharibəni keçmiş və qalib gəlmişdi, ancaq müharibənin əks-sədası onu sülh dövründə yaxaladı.

İkinci hiss isə qəzəbdir.

İşğalçılar nəinki vətənimizin torpaqlarını məhv və talan ediblər, geri çəkildikdə belə ölüm səpirlər. Utanc.

Qəhrəman polkovnik daima qəlbimizdə yaşayacaqdır”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...