“Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb - FOTO

“Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb - FOTO
 

İtaliyada "Fendi” brendinin tibbi maskaları satışa çıxarılıb.

Sfera.az xəbər verir ki, tibbi maskalar onlayn saytlarının birində satışa qoyulub. Qiyməti 190 avro (355 AZN) olan tibbi maskalar 100% ipəkdən hazırlanıb.

"Bu cür maskalar bir neçə il əvvəl, xüsusilə Asiyada dəb olduğu üçün istifadə edilib. İndi isə onu koronavirusdan qorunmaq üçün alırlar. Amma bu maskalar koronavirusdan qorumur”, - deyə "Fendi”nin təmsilçisi bildirib.

Buna baxmayaraq, əhalini narahat edən çaxnaşma bu məhsulu belə baha qiymətə almağı dayandırmayıb. İstehlakçı birliklərindən verilən məlumata görə, bir həftə ərzində tibbi maskalara tələbat 400% artıb. Bununla əlaqədar, apteklərdə maskanın qiyməti 2 avroya (3.7376 AZN), əldən satışda isə 10 avroya (18.688 AZN) qədər artıb. Bəzi onlayn mağazalarda çatışmazlıq səbəbindən maskaların qiyməti 70 avroya (130.816 AZN) da çatıb. İtaliya Prokurorluğu bazardakı vəziyyətlə əlaqədar araşdırmalara başlayıb.

Qeyd edək ki, İtaliyada koronavirusdan 21 nəfər ölüb. 

(oxu.az)



OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...