No Image
No Image

FED dolları bahalaşdıra bilər – Bu baş verərsə...

FED dolları bahalaşdıra bilər – Bu baş verərsə...
ABŞ-da açıqlanan son rəqəmlər ölkədə inflyasiya səviyyəsinin yüksəlişə meyilli olduğunu və bunun FED-in (ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirir – red.) maliyyə siyasətinə ciddi təsir edəcəyini göstərir.

Sfera.az "Bloomberg”ə istinadən bildirir ki, inflyasiyanın yüksəlməsi ilə bağlı birjalarda narahatçılıq yaradan əsas məsələ FED-in istiqraz alışını azaltması ehtimalıdır. 

FED xeyli müddətdir ki, inflyasiyanın illik 2 faiz səviyyəsinə çatdırılması üçün istiqraz alışını həyata keçirir. Baş maliyyə qurumu bu məqsədlə hər ay 120 milyard dollar dəyərində istiqraz alır. Proqnozlaşdırılır ki, inflyasiya səviyyəsi hədəfə çatdıqdan sonra istiqraz alışı azaldılacaq və bir müddətdən sonra dayandırılacaq. Əgər FED belə bir addım atarsa, dolların yenidən bahalaşması ehtimalı var. 

FED rəhbərliyi ABŞ-da inflyasiya səviyyəsinin yüksəlməsinin müvəqqəti olduğunu proqnozlaşdırır. Amma maliyyə bazarının iştirakçıları, mərkəzi bankların bəziləri fərqli düşünür. Onların fikrincə, pandemiya ilə əlaqədar ABŞ iqtisadiyyatına böyük maliyyə dəstəyinin verilməsi bahalaşma sürətini artırır. 

Amerikada illik inflyasiyanın 2,3 faizə qədər artırılması hədəflənib. Aylıq və illik nəticələr bahalaşma sürətinin artıq bu səviyyə çatdığını göstərir. 

Qeyd edək ki, ABŞ-da iqtisadiyyata dəstək məqsədilə hər ay 120 milyard dollar həcmində istiqrazın alınması dövriyyədə olan dolların həcmini artırır. Dolların həcmi artdığından ABŞ valyutasının məzənnəsini aşağı salıb. 

Proqnozlaşdırılır ki, istiqraz alışı azaldılarsa, bu, dollarla pul kütləsini tədricən azaldacaq və nəticədə dollar bahalaşacaq. 

Qeyd edək ki, dolların bahalaşma ehtimalının Azərbaycana ciddi mənfi təsiri olmur. Yalnız, baha dollar əmtəə qiymətlərinə azaldıcı təsir etdiyindən, o, xarici ticarət dövriyyəsinin dəyərini kiçildir. Ancaq məzənnənin əmtəə qiymətlərinə ciddi təsirinin hiss edilməsi üçün kursda dəyişiklik kəskin olmalıdır. Hazırda bu cür volatillik gözlənilmir.   

Vasif
Sfera.az





Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda inşaat işi ən çox bu rayonlarda həyata keçirilir – STATİSTİKA

2021-ci ilin birinci rübündə Bakıda 1,237 milyard manat dəyərində inşaat işləri həyata keçirilib. Ötən ilin eyni dövrünə nisbətən inşaat işlərinin həcmi 12,8 fa...

Ölkələrin İslam maliyyəsinə marağı artır: Dəyəri 2,5 trilyon dollara çatacaq

İslam maliyyə sektorunun həcmi 2021-ci ildə daha da genişlənəcək. 2020-ci ildə 2,2 trilyon dollar dəyərində qiymətləndirilən İslam maliyyə sektorunun dəyəri bu ...

FED dolları bahalaşdıra bilər – Bu baş verərsə...

ABŞ-da açıqlanan son rəqəmlər ölkədə inflyasiya səviyyəsinin yüksəlişə meyilli olduğunu və bunun FED-in (ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirir – red.)...

Azərbaycanda avtomobillərin sayı niyə azdır? - ARAŞDIRMA

Azərbaycanda 2000-ci illərin əvvəlindən avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə edilsə də, hələ də avtomobil sayına görə aşağı göstəriciyə sahib öl...

Azərbaycanda dollar almaq daha da çətinləşdi

Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata...

“İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı torpaqları indidən paylanmalıdır” - Ekspert

"İşğaldan azad edilmiş ərazilərdəki kənd təsərrüfatı təyinatlı torpaqlar əhalinin məskunlaşmasından sonra hökmən kənd sakinləri arasında bölünməlidir”.  ...