Fazil Məmmədovun köməkçisi beynəlxalq axtarışa verildi

Fazil Məmmədovun köməkçisi beynəlxalq axtarışa verildi

Hüquq mühafizə orqanlarının Azərbaycana gəlib ifadə verməsi ilə bağlı tələbini pozaraq Londonda gizlənən Qafar Qurbanov köməkçisini çətin vəziyyətə salıb.

 

Adı Vergilər naziri Fazil Məmmədovun pullarını ofşorlara daşımaqda hallanan Qafar Qurbanovun öz tapşırıqlarını verdiyi güvənilən adamı köməkçisi Səbinə Şükürovadır. (indiki familiyası Sabina Derdiyok)

 

Səbinə Şükürova Qafar Qurbanovun köməkçisi olmaqla yanaşı Ataholdinqin əməkdaşıdır. Əgər Qafar Qurbanov Azərbaycana gəlməzsə Səbinə Şükürovanın istintaqa cəlb ediləcəyi gözlənilir.

 

Sfera.az xəbər verir ki, hal-hazırda Atabankın rəhbərliyi və şöbə müdirləri dindirilir.


"Atabank”ın bağlanması bir çox suallar yaradıb. Ölkənin ən tanınmış banklarından olan "Atabank”ın pullarının qeybə çəkilməsi isə daha böyük müəmmadır.

Məlumata görə kripto-nun çözülməsi üçün bir nəfərin istintaqa cəlb edilməsi olduqca vacibdir.

 

Bu şəxs əslən Şəmkirin Dəllərcəyir kəndindən olan Qafar Qurbanovdur.

 

Qafar Qurbanov uzun illər keçmiş Vergilər Naziri Fazil Məmmədovun ən inanılmış adamı və sirr boxçası olmuşdur.

 

Onun qardaşı Samir Qurbanov isə Fazil Məmmədovun şəxsi mühafizəsinə rəhbərlik etmişdir.

 

Qafar Qurbanov "Atabank" Müşahidə Şurasının üzvü olmuşdur.

 

Hələ Nazirin köməkçisi olduğu zamanlarda Qafar Qurbanov əslində Bakıda kölgə vergilər naziri kimi dəbdəbəli həyat sürürdü.

 

Böyük maliyyə vəsaitlərinə birbaşa çıxışı olan Qurbanov 90 AA 041 nömrəli müxtəlif lüks xidməti maşınlara sahib idi.

 

Nazir köməkçisi olaraq Qurbanovun tez-tez Londona ezamiyyətləri Vergilər nazirliyi əməkdaşlarının geniş müzakirə etdiyi mövzulardandır.


Axı Vergilər Naziri köməkçisinin Londonda nə işi ola bilərdi?

 

Çox keçmir ki, Qafar Qurbanov və Samir Qurbanov Vergilər Naziri Fazil Məmmədov tərəfindən vəzifələrindən uzaqlaşdırılır.

 

Fazil Məmmədov elə bir görüntü yaratmaq istəyirdi ki, sanki artıq bu qardaşlarla əlaqəyə malik deyil. Reallıq isə başqa idi. Nazirlə qohumluq əlaqələrinə malik olan Qafar Qurbanov o gün də, bu gün də Nazirin ən yaxın adamıdır.

 

Sadəcə Fazil Məmmədov illər öncədən özünün Nazir postundan uzaqlaşacağı "qara gün" planını işə salmışdı.

 

Belə ki, dəyəri milyardla ölçülən vəsait illər öncədən Qafar Qurbanov vasitəsilə Londona ötürülürdü.

 

Hal-hazırda Qafar və Samir Qurbanovlar Londonda yaşayır. Onların ailə üzvləri Londonun ən bahalı alış-veriş mərkəzi olan Harrods-un daimi müştəriəri arasındadır.

 

Qafar Qurbanovun London şirkətlərindən biri Triangle LTD-dir.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-q...

Ən tənbəlBÜRCLƏRhansılardır?

Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq.   Sfera.az xəbər verir ki, tənbəllik daha ço...

Əhalinin nəzərinə - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İs...

Şuşanın işğalı zamanı dediyi sözləri dandı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın...

Vaşinqtonda Yəhudi Muzeyində atışma: İsrail səfirliyinin əməkdaşları öldü

Vaşinqtonda atışma zamanı İsrail səfirliyinin əməkdaşları ölüb.   Sfera.az bildirir ki, Vaşinqtonda Yəhudi Muzeyində keçirilən bayram tədbirləri zama...

ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə tədbir keçirildi -FOTO

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maariflənd...