“Facebook” 1 milyon avro məbləğində cərimə olundu

“Facebook” 1 milyon avro məbləğində cərimə olundu
 

İtaliyanın fərdi məlumatların mühafizəsinə dair təşkilatı dünyaca məşhur sosial şəbəkəni "Cambridge Analytica” şirkəti ətrafında yaşanan qalmaqal ilə bağlı qayda pozuntusuna görə 1 milyon avro məbləğində cərimə edib.

 

İtaliya mətbuatı yazır ki, Britaniya şirkəti təxminən 87 milyon "Facebook” istifadəçisinin razılığı olmadan onların şəxsi məlumatlarını toplayıb və fərdi siyasi reklam üçün istifadə edib. Məlumatların ötürülməsinin 2016-ci ildə Brexit üzrə keçirilən referendumda və həmin ildə Donald Trampın qələbəsi ilə yekunlaşan ABŞ-dakı prezident seçkilərində seçicilərin əhval-ruhiyyəsinə təsir etməsi ehtimal olunur.

 

Təhlükəsizlik təşkilatının məlumatına əsasən, cərimə 57 nəfər italyanın "Facebook” loqini vasitəsilə "ThisIsYourDigitalLife” tətbiqini yükləməsi ilə bağlıdır. Belə ki, bu tətbiq "Cambridge Analytica” şirkəti tərəfindən məlumatların toplanması üçün istifadə edilib.

 

Yükləmələrdən sonra tətbiqi yükləməyən və razılığını verməyən və ya məlumatlandırılmayan daha 214,077 italyan istifadəçi barədə də məlumat əldə olunub. Lakin bu məlumatların faktiki olaraq "Cambridge Analytica” şirkətinə ötürülmədiyi bildirilib.

OXŞAR XƏBƏRLƏR

Koronavirusla “sevgi rəqsi”: Çinli tibb işçisinin evlilk təklifi onu dünyada məşhurlaşdırdı

Tibb qardaşı koronaviruslu xəstəxanada iki ay birgə işlədiyi həmkarına evlilik təklifi edib. Sfera.az Daily.Mail nəşrinə istinadla xəbər verir ki, Çinin...

Vanqadan koronavirus öncəgörümü: “Bəla Şərqdən gələcək...”

Koronavirus pandemiyasını nəzərə alaraq, bəşəriyyətplanetimizdə apokalipsis proqnozlaşdıran qədim sehrbaz vəuzaqgörənlərin proqnozlarını yenidən oxumağa və dəyə...

Koronavirusdan ölənin sevgilisinə yazdığı son mesaj: “ƏLBƏTTƏ GÖRÜŞƏCƏYİK...”

Koronavirusdan dünyasını dəyişən 47 yaşlı Uels sakini Tim Galley istəklisinə ölümündən bir qədər əvvəl onunla görüşəcəyini vəd edib. Sfera.az xəbər veri...

Zəncəfil kökü, qarazirə toxumu, bal - Azərbaycanlı həkim koronavirusun dərmanını tapıb?

"Koronaviruslar normalda qorxulu olmayan adi qrip zamanı insanı yoluxduran viruslardır.Simptomları hamıya bəlli olan bir xəstəliklərdir. Son zamanlar koronaviru...

Hitlerdən xilas olan yəhudi bankı “əsrin qarəti”nə tuş gəldi - TƏFƏRRÜAT

Almaniyada 18-ci əsrin sonlarında alman yəhudiləri tərəfindən əsası qoyulan və Adolf Hitlerin hökmranlığı dövründə belə fəaliyyətdən qalmayan M.M. Warburg &am...

AZƏRBAYCANDAKI BU AĞAC XƏRÇƏNGİN DƏRMANI İMİŞ – Alimlərdən şok iddia

Azərbaycan alimləri xarici alimlərlə birgə apardıqları elmi araşdırmalar zamanı Ardıc ağacları (Juniperus oblonga M.Bieb) ilə bağlı maraqlı tibbi məlumat əldə e...