Expressbank-dan uğur hekayəsi - Aztəminatlı ailədən Biznes sahibliyinə aparan yol!

Expressbank-dan uğur hekayəsi - Aztəminatlı ailədən Biznes sahibliyinə aparan yol!
 

Prezident İlham Əliyevin əhalinin özünüməşğulluğunu təmin etməyə dair imzaladığı sərəncama əsasən bu günədək on minlərlə aztəminatlı ailə aktiv əməyə cəlb olunmuş,  özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına yol açılmışdır. Amma xalqımızın sosial rifahının artırılması məsuliyyəti tək dövlətin deyil, hər birimizin üzərinə düşür.

Məhz buna görə də Expressbank ölkə başçısının həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) özünüməşğulluğunun təşkili layihəsinə qoşulmaqla daha bir neçə ailəni arzusuna qovuşdurdu. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə Expressbank-ın birgə layihəsi çərçivəsində bu günlərdə Expressbank-ın Baş ofisində keçən görüşdə daha bir neçə şəxs aztəminatlı ailə kateqoriyasından yeni biznes sahiblərinə çevrildilər. Expressbank bu şəxsləri nəinki arzuladıqları biznesi yaratmaq məqsədi ilə bütün avadanlıqlarla təmin etməyi, həm də onlara müvafiq bizneslərdə uğur qazanmaları üçün çoxillik təcrübəsini paylaşmaqla dəstək olmağı öz öhdəliyinə götürdü.

Bu gün bu insanların sevincini təsvir etmək, əlbəttə ki, çətin deyildir! Bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına xidmət edəcəkdir.

Qeyd edək ki, bundan öncə Expressbank yerli istehsala dəstək və ailə biznesinin inkişafı məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nəzdində fəaliyyət göstərən ABAD  (Ailə Biznesinə Asan Dəstək) ilə birlikdə müxtəlif ailələrə istehsal məhsullarının daha geniş təbliğatı üçün dəstək göstərmişdir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.



OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...