Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını ərazisindən çıxarır

Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını ərazisindən çıxarır
Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.

Sfera.az xəbər verir ki, bu barədə baş nazirin birinci müavini, həmçinin xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Yan Qamaçek keçirdiyi mətbuat konfransında bildirib.

"Çex Respublikasının Xarici İşlər Naziri olaraq, xüsusi xidmət orqanlarımız tərəfindən Rusiyanın Praqadakı səfirliyinin həmin ölkənin Xarici Kəşfiyyat İdarəsinin və Baş Kəşfiyyat İdarəsinin zabiti kimi müəyyənləşdirilən bütün əməkdaşlarını ölkədən kənarlaşdırmağa xaric etməyə qərar verdim. Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çex Respublikasını tərk etməlidir", - deyib.

Çexiyanın baş naziri Andrey Babiş isə iddia edib ki, Rusiya kəşfiyyatçıları 2014-cü ildə döyüş sursatı anbarında baş vermiş partlayışla əlaqəli ola bilərlər.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...