“Eurovision”da nəticələr yenidən hesablandı - Çingizin yeri dəyişdi

“Eurovision”da nəticələr yenidən hesablandı - Çingizin yeri dəyişdi

"Eurovision-2019” mahnı yarışmasının təşkilatçıları final səsverməsinin nəticələrini yenidən hesablayıblar.

"Qafqazinfo” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb. 

Səslərin yenidən hesablanmasının finalda balların paylanması zamanı yol verilən səhvlə əlaqəli olduğu bildirilir. Nəticədə bəzi ölkələrin yerləşməsində dəyişiklik olub. Azərbaycan siyahıda 1 pillə geriləyərək 8-ci yerdə qərarlaşıb. Buna baxmayaraq, müsabiqənin ilk 4 yerində hər hansı dəyişiklik baş verməyib.

Təşkilatçılar bildiriblər ki, balların yanlış hesablanması insan səhvi ucbatından baş verib. 

Yenilənmiş nəticələr:

Hollandiya (498 xal)
İtaliya (472 xal)
Rusiya (370 xal)
İsveçrə (364 xal)
İsveç (334 xal)
Norveç (331 xal)
Şimali Makedoniya (305 xal)
Azərbaycan (302 xal)
Avstraliya (284 xal)
İslandiya (232 xal)
Çexiya (157 xal)
Danimarka (120 xal)
Kipr (109 xal)
Malta (107 xal)
Sloveniya (105 xal)
Fransa (105 xal)
Albaniya (90 xal)
Serbiya (89 xal)
San Marino (77 xal)
Estoniya (76 xal)
Yunanıstan (74 xal)
İspaniya (54 xal)
İsrail (35 xal)
Belarus (31 xal)
Almaniya (24 xal)
Birləşmiş Krallıq (11 xal)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...